Yol polisləri şəhidin tabutunu daşıyıb göz yaşına boğuldular - VİDEO

Yol polisi 28 Fevral 2017 12:13 Oxunub 6994
Yol polisləri şəhidin tabutunu daşıyıb göz yaşına boğuldular - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisinin göz yaşları hər kəsi kövrəldib

Ötən gün Şəki öz şəhidini qarşılayıb. Avtosfer.az ARB-yə istinadən xəbər verir ki, Haşımlı Tural Əbdüloğlunun cəsədi doğulub böyüdüyü Şəkinin Kiş kəndinə gətirilib. Kadrlarda şəhidin ailəsinin və yaxınlarının fəryadı insanların ürəklərini dağlayır. Şəhidin tabutunu aparan yol polisinin göz yaşları isə hər kəsi kövrəldib. 

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırıb. Həlak olan hərbçilərimizin cənazələri vətənə gətirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh