Dənizdən daha bir meyit tapıldı

Gündəm 28 Fevral 2017 13:12 Oxunub 1047
Dənizdən daha bir meyit tapıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ətraflı məlumat veriləcək

Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Axtarış-xilasetmə qərargahının məlumatına görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində bu gün fevralın 28-də dənizin “Pirsaat daş silsiləsi” ərazisində kişi meyiti tapılıb. Tapılan meyitin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. 

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh