Yol polisindən şəhid yola salmaqdan gələn sürücüyə - CAVAB

Yol polisi 28 Fevral 2017 23:52 Oxunub 142549
Yol polisindən şəhid yola salmaqdan gələn sürücüyə - CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərbi salam verib "Başımız sağ olsun, yaxşı yol" dedi və getdi

Emin Tarverdiyev adlı sürücü özünün "Facebook" səhifəsində maraqlı paylaşma edib. Avtosfer.az xəbər verir ki, fevralın 28-nə keçən gecə şəhid nəşini qarşılamaq üçün gecə yola çıxan sürücünü Bakıda yol polisi əməkdaşı saxlayıb. Sürücünün dediyi sözlərdən sonra yol polis hərbi salam verərək onu yola salıb: "Gecə aeroportdan qayıdanda saat 03:35-i keçmişdi. Əbdülrəhimbəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospekpetinin kəsişməsindəki işıqforda yanımda DYP maşını saxladı. Yaşıl işıq yandı, maşını yerdən götürdüm, 5-10 metr aralanmışdım ki, 99 YP 474 məni saxlamaq üçün sayrışan işıqlarını yandırdı. Sağa verib saxladım. Qısa bir dialoqumuz oldu, gözü şitin üstündəki bayrağa sataşdı. "Siz haradan gəlirsiniz?" soruşanda, "Şəhid yola salmaqdan" dedim. Hərbi salam verib, "Başımız sağ olsun, yaxşı yol" deyib getdi".

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Samir 1 Mart 2017 09:04
Halal olsun,belə dyp işçilərinə.