Martın ilk gününə olan hava proqnozu AÇIQLANDI

Gündəm 1 Mart 2017 00:42 Oxunub 993
Martın ilk gününə olan hava proqnozu AÇIQLANDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Martın 3-dək Abşeron yarımadasında mülayim yaz havası meteohəsas insanlar üçün əlverişlidir

Azərbaycanda martın 1-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verdilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-4, gündüz 9-14, Bakıda gecə 2-4, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, mart ayının 3-dək Abşeron yarımadasında mülayim yaz havası meteohəsas insanlar üçün əlverişlidir.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh