Sürücülərin diqqətinə: avtomobilinizdən bunu oğurlaya bilərlər

Avtoxəbər 28 Fevral 2017 17:46 Oxunub 3110
Sürücülərin diqqətinə: avtomobilinizdən bunu oğurlaya bilərlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəyəri çox olmasa da sizi yolda qoya bilər

Bakıda son aylarda avtomobillərin təkərlərinin hava vurulan hisssində qapaqlar oğurlanır. Belə ki, sürücülər avtobili şəhərdə park edikdən sonra geri qayıdanda təkərlərin hava vurulan hissəsindəki qapaqların açıldığını müşahidə edirlər. Yaxud da buna fikir verməyib növbəti dəfə avtomobilin təkərinə hava vurduranda xəbər tutrlar. Avtosfer.az-a bu mövzu ilə bağlı çoxsaylı müraciələr daxil olur. Mütəxəssislər hesab edir ki, bunu edən qruplar var. Onlar gün ərzində onlarla avtomobildən həmin hissəni oğurlaır və hava vurulan servislərə satırlar. Hava vurulan servisdə işləyən Fərid deyir ki, tez-tez lazım olduğu üçün həmin qapaqlardan alırlar. "Topdan 5 qəpikdən alırıq. 20 qəpiyə satırıq. Amma bunun oğurluq olduğunu bilmirəm. Çünki həmişə eyni adam gətirir." 

Qeyd edək ki, dəyəri böyük olmasa da bu xırda oğurluq sizə baha başa gələ bilər. Ən azından avtomobilin təkərləri boşalar və siz yolda qala bilərsiniz. Odur ki, diqqətli olun!

ŞƏRH YAZ
Ad

E-mail

Şərh