Polis rəisi sabiq qubernatorun qohumunu döyüb

Gündəm 28 Fevral 2017 15:08 Oxunub 1042
Polis rəisi sabiq qubernatorun qohumunu döyüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ilə bağlı istintaq başlayıb

Ermənistanda polis rəisi sabiq qubernatorun qohumunu döyüb. Avtosfer.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, hadisə polis rəisinin otağında baş verib. Başda Qoris şəhərinin polis rəisi Gevork Azizyan olmaqla, bir qrup polis əməkdaşı Sünik vilayətinin sabiq qubernatorunun qohumu Edmon Xaçatryanı döyüblər. E.Xaçatryanın qadın polis əməkdaşı ilə görüşdüyü üçün döyüldüyü bildirilir. Xəstəxanaya çatdırılan E.Xaçatryana yardım göstəriləndən sonra o, evə buraxılıb. Hadisə ilə bağlı istintaq başlayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh