Velosipedçimiz Dünya Kubokunda 9-cu oldu - VİDEO

Yarışma 28 Fevral 2017 15:12 Oxunub 1391
Velosipedçimiz Dünya Kubokunda 9-cu oldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
ABŞ-ın Los Angeles şəhərində

ABŞ-ın Los Angeles şəhərində velosiped idmanının trek növü üzrə Dünya Kubokunun sonuncu - 4-cü mərhələsi başa çatıb. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda iştirak edən Azərbaycan yığmasının üzvü Sergey Omelçenko keyrin növündə 25 iştirakçı arasında 9-cu olub.

Bu nəticə velosipedçimizə aktivinə 250 reytinq xalı yazmağa imkan verib. Qeyd edək ki, Sergey Omelçenko bunadək Dünya Kubokunun 1-ci mərhələsində 80, 2-ci və 3-cü mərhələlərin hər birində isə 175 xal qazanmışdı. Beləliklə, Dünya Kubokunun 4 mərhələsinin yekununa əsasən, velosipedçimiz 680 xalla bütün mərhələlərdə iştirak etmiş 42 velosipedçi arasında 13-cü olub ki, bu da ona apreldə Honqkonqda keçiriləcək dünya çempionatının keyrin növündə iştirak hüququ verib.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) mövcüd reqlamentinə əsasən, dünya çempionatında iştirak etmək üçün velosipedçilər Dünya Kubokunun mərhələ yarışlarında müvafiq reytinq xalları qazanmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh