Sürücünün idarəetməni itirməsi qəzaya səbəb oldu - Bərdədə

Qəzalar 28 Fevral 2017 15:14 Oxunub 1045
Sürücünün idarəetməni itirməsi qəzaya səbəb oldu - Bərdədə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az interaz-a istinadən xəbər verir ki, hadisə rayonun Qaratəpə kəndində baş verib. Belə ki, Bərdə rayon sakini  idarə etdiyi vaz 2106 markalı minik avtomobili ilə Bərdə istiqamətində hərəkətdə olarkən qarşı yola çıxıb. Nəticədə  yoldan çıxan avtomobil bir neçə dəfə aşaraq 50 metrə kənara yuvarlanıb. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan Bərdə rayon sakinləri, sürücü  77  yaşlı Nurəddin İsmayılov və sərnişin 37 yaşlı  Ruslan Quliyev ətrafdakı insanların köməkliyi ilə Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda hər iki xəstənin vəziyyəti ağır olaraq qalır.

 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh