Deputatlar Xocalı yürüşündə niyə gülürdü? - FOTO

Gündəm 28 Fevral 2017 15:47 Oxunub 6484
Deputatlar Xocalı yürüşündə niyə gülürdü? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəriman Əliyev, Malik Həsənov və Rüstəm Xəlilovun etdiyi hörmətsizlik kameralara tuş gəlib

İki gün əvvəl xalqımız 26 Fefral Xocalı faciəsini yad etdi. Prezident İlham Əliyev və 1-ci vitse prezident Mehriban Əliyevanın iştirakı ilə dövlət hökümət nümayəndələri Xətai rayonunda yerləşən Xocalı abidəsin doğru yürüş keçirdi. Avtosfer.az bizimyol.info saytına istinadən xəbər verir ki, Xocalı faciəsinə həsr olunmuş yürüş zamanı protokol heyətində olan 3 deputat (Nəriman Əliyev, Malik Həsənov və Rüstəm Xəlilovun) faciə qurbanlarına, ümumən xalqımıza və protokol heyətinə etdikləri hörmətsizlik kameralara tuş gəlib. Sayt yazır ki, deputatların bu hərəkəti - hər kəsin kədərə büründüyü bir gündə qəh-qəh çəkib gülmələri Xocalı sakinləri və sosial şəbəkə istifadəçiləri tərəfindən olduqca sərt qarşılanıb. İki gündür bütün sosial şəbəkələrdə adıçəkilən deputatların belə önəmli tədbirdə özlərini apara bilməmələri, protokol qaydalarına əməl etməmələri insanların sərt reaksiyasına səbəb olub.

Həmin görüntünü təqdim edirik.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh