Bakıda təkər oğruları tutuldu - VİDEO

Avtoxəbər 28 Fevral 2017 23:27 Oxunub 1153
Bakıda təkər oğruları tutuldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis saxlanılan şəxslərin bənzər cinayətlərinin çox olmasını istisina etmir

Küçədə sahibsiz bildikləri avtomobillərin təkərlərini oğurlayıblar. Hadisə paytaxtın Binəqədi rayonu ərazisində olub. Zərərçəkmişlərdən biri polisə məlumat verib ki, minik avtomobilin 4 təkəri oğurlanıb. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis çox çəkməyib ki, cinayəti törədən şəxsləri müəyyən edib. Onlar şəhər sakinləri Əflatun Xəlilov və Babək Mirzəyevdir. Hər iki şəxs dindirilərkən törətdikləri oğurluq cinayətini etraf ediblər. Bildiriblər ki, onlar təkərləri aparıb Bəbək Mirzəyevin həyətində gizlədib ona müştəri axtarmağa başlayıblar. Binəqədi polisi saxlanılan şəxslərin bənzər cinayətlərinin çox olmasını istisina etmir.

Eyni cinayət gecə paytaxtın Xətai rayonunda da olub. Naməlum şəxs və ya şəxslər düz 4 avtomobilin pəncərəsini sındıraraq oğurluq edib. Avtomobillərdən vətəndaşlara məxsus mobil telefonlar, pul və bir sıra qiymətli əşyalar oğurlanıb. Oğurluğu törədənlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh