Satdığı avtomobil hələ də adınadır - VİDEO

Xəbərlər 28 Fevral 2017 23:55 Oxunub 1825
Satdığı avtomobil hələ də adınadır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Buna görə də vətəndaş ünvanlı sosial yardım ala bilmir

Ünvanlı sosial yardıma ehtiyac duyacaq qədər imkansız şəxsin adında iki avtomobil var. Masallının Rüdəkəran kənd sakini Samir Ağayevin özünü belə çaş-baş salan bu hala səbəb texniki xətadır. Öz dediyinə görə Samir Ağayev 5 ay əvvəl satdığı avtomobili yeni sahibinin qeydiyyatına keçirib. Özü isə başqa maşın alıb. Ancaq bir müddət sonra onu da satıb və alan adamın adına keçirib. Nəticədə avtomobilərin texniki pasportları da yeni sahiblərinin adına dəyişdirilib. Lakin bir müddət sonra ünvanlı sosial yardım almaq üçün müraciət edəndə çaş-baş qalıb. Məlum olub ki, satışdan 5 ay keçsə də avtomobillər hələ də sistemdə yeni sahiblərinin adına keçirilməyb. Samir Ağayevə bildiriblər ki, 2 avtomobili var və ona sosial yardım düşmür.

Şikayətçi maşınları satarkən hətta texniki pasportları da yeni sahiblərin adına dəyişdirsə də sistemdə ikisinin da adında qalmasını anlaya bilmir. O müraciət edərək avtomobillərin onun qeydiyyatından silinməsini tələb edib.

Sosial yardım müraciətinin qəbul olunmaması bir kənara Samir Ağayevin qorxur ki, yeni sahibləri hər hansı qəza hadisəsi törətsə avtomobillərin əvvəlki sahibi kimi məsuliyyətə cəlb olunar. Bunun üçün səbəb də var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh