46 il sonra o ölkəyə gedir - 450 ton baqaj və 15 min nəfərlə

Maraqlı 1 Mart 2017 02:37 Oxunub 4849
46 il sonra o ölkəyə gedir - 450 ton baqaj və 15 min nəfərlə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Mercedes-Benz S600” markalı 2 avtomobil də aparacaq

Səudiyyə Ərəbistanı kralı Əbdül-Əziz Əl Səud İndoneziyaya səyahət edib. “Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, 81 yaşlı kral özü ilə 450 tonluq baqaj- “Mercedes-Benz S600” markalı 2 avtomobil, 2 elektrik lift, eləcə də şəxsi əşyalar götürüb. Bunlardan 63 ton baqaj Cakartaya çatdırılacaq, digərləri isə Baliyə göndəriləcək. Qeyd olunur ki, kral 46 il əvvəl İndoneziyaya səfər edib. O, eyni zamanda Malayziya, Uzaq Şərq və İordaniyaya yollanacaq. Onu səfər çərçivəsində 15 min adamın müşayiət edəcəyi bildirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh