Naxçıvan-Məşhəd-Naxçıvan qatarının hərəkət cədvəli dəyişəcək - CƏDVƏL

Yeniliklər 1 Mart 2017 12:51 Oxunub 1346
Naxçıvan-Məşhəd-Naxçıvan qatarının hərəkət cədvəli dəyişəcək - CƏDVƏL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni hərəkət qrafiki martın 2-dən tətbiq ediləcək

Sabahdan Naxçıvan-Məşhəd- Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək. "Azərbaycan Dəmir Yolları" QSC-İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Avtosfer.az-a verilən məlumata görə, dəyişiklik qatarın Naxçıvandan yola düşmə və Naxçıvana çatma vaxtlarına şamil ediləcək. Belə ki, qatar il ərzində, həftədə bir dəfə Naxçıvandan həftənin cümə axşamı Bakı vaxtı ilə saat 06:44-də (əvvəl saat 06:54-də yola düşürdü) və həftənin cümə günü saat 13:15-də (Tehran vaxtı ilə) Məşhəd stansiyasına çatacaq. Elə həmin gün saat 20:15-də Məşhəddən yola düşən qatar həftənin bazar günü saat 04:36-da (əvvəl 04:26-da çatırdı) Naxçıvana çatacaq.

Naxçıvan-Məşhəd- Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəli

 

№ 15/16
Naxçıvan-Məşhəd
S ü r ə t
qatarı ADY» QSC məxsus)
№ 16/15

Məşhəd -Naxçıvan

Yolda olma vaxtı:
31 saat 01dəq

 

  Yolda olma vaxtı: 31 saat 51dəq
Çatma Daya-nacaq Yola düşmə Aralıq məntəqələr Məsafəkm kod Çatma Daya-nacaq Yola düşmə
   
«
Azərbaycan Dəmir Yolları» QSC (Bakı vaxtı ilə)

   
- - 6-44 Naxçıvan 0 550803 4-36    
- - 7-02 Qara Börk 11 550822 - - 4-18
- - 7-17 Nehrəm 21 550841 - - 4-03
- - 7-38 Dərəşam 35 550875 - - 3-42
7-59 20 8-19 Culfa-Azərb. 45 550004 3-01 20 3-21
     
İran Dəmir Yolu
 (Tehran vaxtı ilə)

     
8-14 120 10-14 Culfa-İran 50   0-06 120 2-06
12-50 50 13-40 Təbriz 196   20-45 50 21-35
15-49 5 15-54 Marağeh 325   17-57 5 18-02
21-16 10 21-26 Zəncan 617   12-15 20 12-35
1-26 40 2-06 Tehran 932   7-33 35 8-08
7-27 10 7-37 Şahrud 1361   1-55 10 2-05
13-15 - - Məşhəd 1858       20-15

Qeyd edək ki, Naxçıvan - Məşhəd -Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixdən etibarən hərəkətə başlayıb. Sürət qatarı Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edir.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh