Yol polislərinin reydi səs-küylə başladı - VİDEO

Yol polisi 1 Mart 2017 13:29 Oxunub 9158
Yol polislərinin reydi səs-küylə başladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərdən biri dərmana pul tapmadığı üçün kəmər taxmadığını deyib

Görüntülər Göyçayda DYP reydindəndir. Reyd zamanı sürət həddini aşan, ötmə və qarşı hərəkət zolağına çıxan, nəqliyyat vasitələrini yolun hərəkət hissələrində saxlayan və sənədləri qaydasında olmayan çoxlu sürücü müəyyən edilib. Fakt əsasında saxlanılan bəzi sürücülər xətalarını müxtəlif bəhanə və səbəblərlə izah etməyə çalışıb. Hətta vəziyyətdən çıxış üçün bilmədən səhv etdiklərini deyənlər də olub. Sürücülərdən biri isə polisə daha maraqlı etiraz edib. O, kəmər taxmamaq xətasının kiçik və buna görə 35 manat cərimənin çox olduğunu iddia edib. Özünün də xəstə olduğunu deyərək dərmana pul tapmadığı bildirib. Avtosfer.az həmin görüntüləri təqdim edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh