Səkkiz il qaldı: Qərbi dəhşətə gətirəcək - VİDEO

Texnologiya 1 Mart 2017 19:00 Oxunub 2245
Səkkiz il qaldı: Qərbi dəhşətə gətirəcək - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bombardmançının silahlanmasının tərkibinə həmçinin böyük uçuş məsafəsi olan hipersəsli raketlər də daxil ediləcək

“Tupolev" şirkəti perspektivli uzaq məsafəli aviasiya kompleksinin (PAK DA) - Rusiyanın yeni strateji bombardmançısının birinci maketini hazırlayıb. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın müdafiə-sənaye kompleksindəki mənbə bildirib. Agentliyin həmsöhbətinin sözlərinə görə, təyyarədə “stels” texnologiyası (hava döyüş maşınlarını, gəmiləri, sualtıgəmiləri, raketləri, peykləri və hərbçiləri düşmən üçün daha az görünən etmək taktikalar toplusudur. Stels texnologiyaları əsasən infraqırmızı radarlar və sonar radarlara qarşı nəzərdə tutulur –red.) maksimal tətbiq ediləcək. Bütün silahlar bombardmançının daxilində yerləşdirəcək. Həmçinin PAK DA-nın radio elektron sisteminin ən yeni vasitələri ilə təchiz edilməsi planlaşdırılır.

 

 

SİTA-ya müdafiə-sənaye kompleksindəki başqa bir mənbə bildirib ki, hərbi maşının ilk nümunələri təxminən 2025-ci ildə hərbçilərə təhvil veriləcək. İlk sınaq uçuşlarının isə 2020-2021-ci illərdə edilməsi planlaşdırılır. PAK DA hazırkı Tu-160, Tu- 95MS və uzaq məsafəli Tu-22 M3 strateji bombardmançı təyyarələrdən fərqlənəcək. Gələcəkdə PAK DA Rusiya Hərbi Hava Qüvvələrinin uzaq məsafəli aviasiyasında üç tipli təyyarəni - Tu-160, Tu-95MS və Tu-22M3-i əvəzləyəcək. Yeni Rusiya bombardmançısı üzərində işlər 2009-cu ildə başlanıb. Hazırda “Tupolev” təyyarənin layihələşdirməsini aparır. Güman edilir ki, perspektivli bombardmançının uçuş çəkisi 100 tondan çox və təxminən altı min kilometr hərəkət radiusuna malik olacaq. Bombardmançının silahlanmasının tərkibinə həmçinin böyük uçuş məsafəsi olan hipersəsli raketlər də daxil ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh