"Alpine A110" avtomobili təqdim edildi - FOTO

Avtoxəbər 1 Mart 2017 21:00 Oxunub 1753
"Alpine A110" avtomobili təqdim edildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fransızlar daha ətraflı məlumatı mart ayının 7-i Cenevrə avtomobil sərgisində təqdim edəcəklər

Fransa şirkəti rəsmi olaraq "Alpine A110" idman üslublu avtomobilini təqdim etdi. Avtosfer.az motor1.com-a istinadən xəbər verir ki, yeni avtomobil "Porsche 718 Cayman" və digər idman üslublu avtomobillərə rəqabət təşkil edəcək. "Renault" şirkətinin sub-brendi ötən il təqdim edilən konseptə çox bənzəyir. Amma artıq yeni model seriya istehsalına çox yaxınlaşıb. "Alpine A110" avtomobili kompakt ölçüləri, yüngül çəkisi və manevr qabiliyyəti ilə öyünə bilər. Kuzovun istehsalı üçün alüminiumdan istifadə edilib. Avtomobilin texniki xarakteristikası haqqında rəsmi məluma verilmir. Amma bir müddət əvvəl yayılan xəbərə əsasən, kapotun altına 1.8 litr həcmli, dörd silindrli mühərrik yerləşdirilib. Aqreqat 250-300 at gücü hasil edir. "Alpine A110" modeli yerindən 100 km/saat sürəti 4.5 saniyəyə əldə edir. Fransızlar daha ətraflı məlumatı mart ayının 7-i Cenevrə avtomobil sərgisində təqdim edəcəklər.

http://icdn-3.motor1.com/images/mgl/WeoG3/s3/2017-alpine-a110.jpg

https://images.cdn.autocar.co.uk/sites/autocar.co.uk/files/styles/gallery_slide/public/images/car-reviews/first-drives/legacy/alpine_a110.jpg?itok=luo6hRbq

https://images.cdn.autocar.co.uk/sites/autocar.co.uk/files/styles/gallery_slide/public/images/car-reviews/first-drives/legacy/alpine_a110_2.jpg?itok=kr5e1WgW

https://images.cdn.autocar.co.uk/sites/autocar.co.uk/files/styles/gallery_slide/public/images/car-reviews/first-drives/legacy/alum.jpg?itok=zQ6Plcow

https://images.cdn.autocar.co.uk/sites/autocar.co.uk/files/styles/gallery_slide/public/images/car-reviews/first-drives/legacy/alpine-aluminium-170117-2_0.jpg?itok=-rT8-az6

https://images.cdn.autocar.co.uk/sites/autocar.co.uk/files/styles/gallery_slide/public/images/car-reviews/first-drives/legacy/alpine_seat_1_0.jpg?itok=Ipqz8_Ds

ŞƏRH YAZ
Ad

E-mail

Şərh