Bakıda taksi şirkətlərinin sayı sürətlə artır – SƏBƏB

Yeniliklər 1 Mart 2017 18:46 Oxunub 2199
Bakıda taksi şirkətlərinin sayı sürətlə artır – SƏBƏB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bu xidmətin keyfiyyətinə müsbət təsir edir. Amma ucuz xidmət təklif edən şirkətlər isə bu vasitədən istifadə etmirlər”

Son bir ayda Bakıda taksi şirkətlərinin sayı sürətlə artmağa başlayıb. Avtosfer.az fins.az-a istinadən xəbər verir ki, ilin əvvəlindən etibarən bu şirkətlərin sayı 2 dəfəyə yaxın artıb.  Avtomobil eksperti Vaqif Hüseynov bildirib ki, yanvarda Bakıda 15-16 taksi şirkəti fəaliyyət göstərirdisə, fevralda şirkətlərin sayı 25-ə çatıb.  “Son bir həftə ərzində isə hər gün yeni şirkət fəaliyyətə başlayır. Statistikaya görə, hazırda 31 taksi şirkəti fəaliyyət göstərir”.

Ekspert hesab edir ki, taksi şirkətlərinin sürətlə artması azərbaycanlıların ənənəvi biznes düşüncəsi ilə bağlıdır:

“Məsələn, kənd təsərrüfatında nə bahadırsa, bir il ərzində hamı həmin bitkidən əkir, növbəti il məhsulun artması onun qiymətinin aşağı düşməsinə gətirib çıxarır. Bu eyni ilə taksi biznesində də belədir. İnsanların doğru biznes araşdırması, yanaşması yoxdur”. 

V.Hüseynovun sözlərinə görə, taksi şirkətlərinin sayının artması rəqabətin yaranması ilə qiymətlərin aşağı düşməsinə səbəb olur:

“Bununla belə, xidmətin ucuzlaşması onun kefiyyətinə mənfi təsir göstərir. Belə ki, taksi şirkətləri üçün 3 əsas göstərici var. Bunlar qiymət, operativlik və keyfiyyətdir. Qiymətlər aşağı düşürsə, taksi sürücülərinin xidmət səviyyəsi artıq diqqətdənkənar qalır.

Məsələn, bəzi şirkətlər hətta metro kənarında dayanan taksiləri xidmət şəbəkəsinə daxil edirlər:

“Həmişə müştəri ilə qiymət alveri edən, yol boyu bezdirici söhbət edən taksi sürücüləri isə xidmətin kefiyyətini aşağı salırlar”.

Ekspert bildirib ki, bəzi taksi şirkətləri bir sıra vasitələrlə müştərilərin rəylərini alırlar:

“Bu xidmətin keyfiyyətinə müsbət təsir edir. Amma ucuz xidmət təklif edən şirkətlər isə bu vasitədən istifadə etmirlər”.

 

Onun sözlərinə görə, qiymətlərin ucuz olması, xidmətin kefiyyətinə nəzarətin olmaması isə sürücülərin bu işə əyləncə vasitəsi kimi yanaşmasına gətirib çıxarır: “Bəzi hallarda sürücülər eyni vaxtda bir neçə taksi şirkəti ilə işləyirlər”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh