Trampa güllə keçirməyən xüsusi avtomobil ayrıldı - FOTO

Avtoxəbər 2 Mart 2017 11:27 Oxunub 3486
Trampa güllə keçirməyən xüsusi avtomobil ayrıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
8 ton ağırlığındakı "The Beast"ın polad qapılarının qalınlığı 20,3 santimetrdir

ABŞ prezidenti Donald Tramp üçün zirehli, güllə keçirməyən xüsusi avtomobil ayrılıb. Rəsmi adı "Cadillac One", qeyri-rəsmi adı isə "The Beast" olan bu limuzin iki off-roud avtomobilindən də uzun və ağırdır. Avtosfer.az milli-yə istinadən bildirir ki, 1,8 milyon dəyərindəki avtomobilin mühərriki 12 silindrlidir. "General Motors" avtomobil konserninin istehsalı olan avtomobil ABŞ prezidentinin 12 maşınlıq "avtopark"ına daxildir. 8 ton ağırlığındakı "The Beast"ın polad qapılarının qalınlığı 20,3 santimetrdir. Bu qapılar bioloji və kimyəvi təsirlərə də davamlıdır. Dünyanın ən təhlükəsiz avtomobili sayılan "The Beast"nın şüşələri zirehdələn güllələrə də dözümlüdür. Maşın kevlar şinlərlə, muxtar hava təminatı və yanğınsöndürmə sistemləri, gecəgörmə cihazları, avtomat silahlarla da təchiz olunub.

http://img.milli.az/2017/03/02/522460_02.jpg

http://img.milli.az/2017/03/02/522460_01.jpg

http://img.milli.az/2017/03/02/522460_04.jpg

http://img.milli.az/2017/03/02/522460_05.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh