"Skoda" yenilənmiş "Fabia" modelini təqdim etdi - FOTO

Avtoxəbər 2 Mart 2017 21:00 Oxunub 1280
"Skoda" yenilənmiş "Fabia" modelini təqdim etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Skoda Fabia" modeli Cenevrə avtomobil sərgisində rəsmən təqdim ediləcək

"Skoda" şirkəti "Octavia" və "Rapid" modellərini yenilədikdən sonra "Fabia" modeli üzərində işləyib. Avtosfer.az "ölkə.az"a istinadən xəbər verir ki, çex şirkəti 1 litr həcmli, benzinlə çalışan turbo mühərriklə təchiz edilmiş "Skoda Fabia" modelini təqdim edib. Modelin xarici görünüşünə demək olar ki "əl dəyilməyib". Amma 1.2 litr həcmli mühərrik 1 litrlik mühərriklə əvəz edilib. 1 litr həcmli mühərrik əvvəlcə "Rapid" modelinə quraşdırılmışdı. Aqreqat 95 at gücü hasil edir. "Fabia" modeli də anoloji versiya ilə təchiz edilib. Mühərrik 5 pilləli mexaniki sürətlər qutusu və ya 7 pilləli "DSG" avtomat sürətlər qutusu ilə işləyir. Bir öncəki modeldən fərqli olaraq yanacaq sərfiyyatı və çevrəyə atılan zərərli maddələrin miqdarında dəyişiklik var. Eyni zamanda, təhlükəsizlik sistemi də yenilənib. "Skoda Fabia" modeli Cenevrə avtomobil sərgisində rəsmən təqdim ediləcək.

http://s3.caradvice.com.au/thumb/770/382/wp-content/uploads/2016/09/2017_skoda_fabia_monte-carlo_03.jpg

http://s3.caradvice.com.au/thumb/770/382/wp-content/uploads/2016/09/2017_skoda_fabia_monte-carlo_02.jpg

http://s3.caradvice.com.au/thumb/770/382/wp-content/uploads/2016/09/2017_skoda_fabia_monte-carlo_04.jpg

http://s3.caradvice.com.au/thumb/770/382/wp-content/uploads/2016/09/2017_skoda_fabia_monte-carlo_05.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh