Dövlət Yol Polisi eks-nazirə cavab verdi - FOTO

Yol polisi 2 Mart 2017 16:05 Oxunub 13378
Dövlət Yol Polisi eks-nazirə cavab verdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kamera qeydləri yayılacaq

Avtosfer.az xəbər verir ki, Azərbaycanın keçmiş xarici işlər naziri, general rütbəsinə bərabər fövqəladə və səlahiyyətli səfir titulu daşıyan Tofiq Zülfüqarov maşınından düşürülüb və avtomobil cərimə meydançasına aparılmasına Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov istipress-ə münasibət bildirib. "Tofiq Zülfüqarova qarşı mənim böyük hörmətim var. Amma o bununla bağlı yol polisinə, başda da mən olmaqla müraciyət etsəydi yaxşı olardı. Ən azından tanınmış şəxs olduğundan hamı onun qabağına qaçardı. Sabiq səfirimizə də izah olunacaq idi ki, onu niyə saxlayıblar. Əminəm ki, o, da bizdən çox razı halda gedə bilərdi. Bizim mentalitet belədir ki, tanınmış adama hörmət olunur. Əgər o, bizim şöbəyə gəlsəydi biz onu yüksək səviyyədə qəbul edib və onun bütün maraqlandıran suallarına cavablandıracaqdıq". V.Əsədov sabiq nazirin maşınının cərimələnməsini qanuni sayıb. Onun sözlərinə görə, sürücü əgər qaydaları pozubsa, o şəxs cərimələnməlidir. "Əlbəttə hansısa bir səbəbi olub ki, onun maşını cərimə meydançasına aparılıb. Səbəbsiz yerə aparılmazdı". Polis polkovniki qeyd edib ki, səfir bildirdiyi ki, ailəsi ilə olmayıb: "Mən kamera qeydlərini yayacam və sübut edəcəm ki, bu növbəti qərəzli polisə qarşı çıxan şəxsdir. Əgər Tofiq müəllim hesab edir ki, ona qarşı qanuni pozuntular olubsa, Dövlət Yol polisi onu məmnuniyyətlə qarşılamaqa hazırdır".  Qeyd edək ki, Tofiq Zülfüqarovun maşınını cərimə meydançasına apartdıran Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov olub.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh