London-San-Fransisko reysi təxirə salındı - Siçana görə

Maraqlı 2 Mart 2017 19:00 Oxunub 1243
London-San-Fransisko reysi təxirə salındı - Siçana görə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aviaşirkət sərnişinləri digər təyyarə ilə yola salıb

“British Airways” aviaşirkətinin Londondan San-Fransiskoya uçmalı olan təyyarənin uçuşu göyərtədə aşkar olunan siçana görə təxirə salınıb. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, təyyarənin hərəkətə başlamağa hazır olduğu zaman heyət sərnişinlərə uçuşun ləngiyəcəyi barədə məlumat verib. Daha sonra göyərtədə siçanın olduğu məlum olub. Sərnişinlər endirildikdən sonra təyyarədə siçanın axtarışları başlayıb. Aviaşirkət sərnişinləri digər təyyarə ilə yola salıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh