Manevr qaydasını pozan sürücünün - Dəhşətli sonu - VİDEO

Avtosfer TV 13 Mart 2017 00:05 Oxunub 12104
Manevr qaydasını pozan sürücünün - Dəhşətli sonu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ötmə-manevr qaydaları ən təhlükəli qaydalardan biridir

"Hed Academi Azerbaycan" şirkəti yol hərəkəti təhlükəsizliyinə həsr edilmiş təbliğat xarakterli maraqlı videoçarx hazırlayıb. Avtosfer.az-ın məlumatına görə, həmin videoda düzgün manevr etmədən ötmə qaydasını kobud şəkildə dəfələrlə pozan sürücünün hərəkətlərinin sonda nə ilə nəticələnəciyini görəcəyik. Sürücü sürəti artırıb düz xətti kəsərək əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydasını pozur və sonda qarşıdan gələn avtomobillə toqquşur.

Hamımıza aydındır ki, bu sürücü qaydaları pozmasaydı qəza baş verməyəcəkdi. Deməli, qəzaların baş verməsində birbaşa özümüz günahkarıq. Ekspertlər də hər zaman bildirir ki, ötmə-manevr qaydaları ən təhlükəli qaydalardan biridir. Ona görə də, ötmək istəyən avtomobilin sürücüsü (istər əks istiqamətli hərəkət zolağına çıxmaqla, istərsə də eyni istiqamətli zolaqlarda) daha diqqətli olmalıdır.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh