Daniil Kvyat Bakı trasından danışdı: "Daha da çətin olacaq"

Yarışma 3 Mart 2017 15:25 Oxunub 1419
Daniil Kvyat Bakı trasından danışdı: "Daha da çətin olacaq"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Şəhər trası bizim üçün yeni çağırış olacaq, biz yeni qabaritlərə alışmalıyıq – bu, həmişə çətindir”

“Ən çox məni Bakıda tras heyran etdi, əslində o çempionatın başqa mərhələləri fonunda çox seçilir. Biz mühəndislərlə birgə gəzəndə çox təəccübləndik: çox uzun düz və bütün traslar arasında ən dardır – bu, həqiqətən də həyəcanvericidir!”. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Toro Rossonun pilotu Daniil Kvyat “Baku City Circuit”yə verdiyi müsahibədə bildirib. D.Kvyatın sözlərinə görə, bu il yeni avtomobillərlə Bakı trasında daha da çətin olacaq. “Şəhər trası bizim üçün yeni çağırış olacaq, biz yeni qabaritlərə alışmalıyıq – bu, həmişə çətindir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh