Azərbaycanda işlənmiş avtomobillər ucuzlaşdı - AÇIQLAMA

Avtobazar 3 Mart 2017 17:24 Oxunub 4034
Azərbaycanda işlənmiş avtomobillər ucuzlaşdı - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil bazarında alıcılar barmaqla sayılır

"Alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün ölkəyə avtomobil gətirmək və satmaq əvvəlki kimi rentabelli deyil”. Bu fikirləri Unikal.org-a iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, avtomobil bazarında durğunluq müşahidə edilir: "Bir sıra mətbuat orqanlarında avtombillərin qiymətinin artması ilə bağlı məlumatlar yer alıb. Hesab edirəm ki, bu gün avtombil bazarında qiymət artımından danışmaq doğru deyil. Bu məlumatlar süni şəkildə avtomobillərə tələbi artırmaq məqsədi daşıyır. Daşınmaz əmlakın qiymət atımı ilə bağlı da informasiyalar dolaşır. Ancaq reallıq bundan ibarətdir ki, heç bir qiymət artımı yoxdur. Bu gün avtomobil bazarında alıcılar barmaqla sayılırsa, hansı qiymət artımından söhbət gedə bilər?”.

V.Bayramovun sözlərinə görə, alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün ölkəyə avtomobil gətirmək və satmaq əvvəlki kimi rentabelli deyil: "Baxmayaraq ki, ölkəyə idxal olunan avtomobillərin sayında azalma var, bazarda durğunluq müşahidə edilir. Bu, həm də "Avro-4” standartının tətbiq edilməsi ilə bağlıdır. Alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün avtomobil gətirmək və satmaq əvvəlki kimi rentabelli deyil. Son zamanlar Azərbaycanda bahalı maşınların idxalında yüksək vergilər tətbiq olunur. Bu da idxala təsir göstərən amillərdəndir. Bazardakı durğunluğa səbəb olan meyyarlardan biri də manatın devalvasiyasıdır. Avtomobil ölkəyə xarici valyuta ilə gətirilir. Manatın devalvasiyası həmin avtombillərin qiymətinin artmasına səbəb olur. Az işlənmiş avtomobillərin qiymətində isə ucuzlaşma müşahidə edilir”.

Ekpert bazardakı durğunluğun davam edəcəyini deyir: " Çünki hələ də alıcılıq qabiliyyəti aşağıdır. Vətəndaşlar yığıma üstünlük verirlər. Bu gün avtomobil almaq vətəndaş üçün prioritet deyil. Əvvəllər banklardan kredit götürüb avtomobil almaq mümkün idisə, bu gün həmin imkan yoxdur. Bu da alıcılıq qabiliyyətinə təsir göstərir. 2017-ci ilin növbəti aylarında da durğunluğun davam edəcəyi gözlənilir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh