"Galenvagen"ə elə bir nömrə qoydular ki... - Heç yerdə yoxdur - VİDEO

Avtoxəbər 4 Mart 2017 00:08 Oxunub 18800
"Galenvagen"ə elə bir nömrə qoydular ki... - Heç yerdə yoxdur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nömrənin rəngini dəyişib öz adını yazıb və heç nədən çəkinmədən sürür

Sürücü avtomobilin nömrəsini adı ilə əvəz edib. Dövlət nömrə nişanındakı rəqəmləri özbaşına dəyişib. Avtoxuliqanların şou və dəbdəbə istəyi sərhəd tanımır. Son zamanlar avtomobilin dövlət nömrə nişanını qanunsuz olaraq adlarla əvəz etmək sanki dəbə evrilib. Belələrindən biri kameralarımıza tuş gəlib. Bu sürücünün etdiyi dəyişikliklər ciddi qanun pozuntusu olsa da, bununla bağlı ciddi tədbir görülmədiyindən paytaxtın mərkəzi küçələrində rahat şəkildə avtomibilini idarə edir Görənləri təəccübləndirən və heçbir yerdə qeydiyyatda olmayan belə nömrə sahiblərinin digər xəta zamanı və hansısa bir qəza törətdikə necə cəzalandırılacağı sual doğurur.

Məsələ ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, qanunvericiliyə əsasən, Azərbaycanda bu cür nömrələr verilmir. Onun sözlərinə görə, adətən belə nömrələr xarici tranzit maşınlarda olur. Və həmin nömrələrin üzərində də aid olduğu ölkənin simvolları olur. Bu maşındakı nömrədə isə hansısa bir dövlətin qeydiyyat nişanına aid simvol yoxdur.

Və belə maşınlar yol polisi əməkdaşları tərəfindən saxlanılır texniki sənədindəki nömrə nişanı ilə faktiki üzərində olan nömrəsi üst üstə düşmədikdə maşın cərimə meydançasına aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh