NASA-nın sputniki Marsın sputniki ilə toqquşa bilər

Maraqlı 4 Mart 2017 11:00 Oxunub 1210
NASA-nın sputniki Marsın sputniki ilə toqquşa bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
NASA-nın sputniki kursunu dəyişib

NASA-nın kosmik sputniki Marsın təbii sputniki ilə toqquşa bilər. Avtosfer.az "ölkə.az"-a istinadən xəbər verir ki, bu səbəbdən NASA-nın sputniki kursunu dəyişib. Bu barədə məlumatı ABŞ kosmik agentliyi yayıb. Bildirilir ki, belə bir manevr çox nadir hallarda istifadə edilir. NASA-nın reaktiv mühərriklər laboratoriyasının mütəxəssisləri Marsın atmosferini tədqiq edən "MAVEN" sputnikinə komanda veriblər. Bu zaman sputnik sürətini artıraraq traektoriyadan çıxıb və Marsın təbii sputniki Fobosla toqquşmadan qaçıb. Əgər bu müdaxilə olmasaydı, NASA-nın sputniki ilə Fobos sputniki 6 mart tarixində aralarında 7 saniyə fərq olmaqla eyni nöqtəyə çata bilərdilər. İndi isə eyni hadisə 1.5-2 dəqiqə fərqlə baş verəcək. Bu isə təhlükəsiz vaxt sayılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh