Pilotsuz təyyarə qəzaya uğradı

Avtoxəbər 4 Mart 2017 17:08 Oxunub 1646
Pilotsuz təyyarə qəzaya uğradı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hərbçilər dronun əsas hissələrini bərpa ediblər. Ölən yoxdur"

NATO-nun “Qətiyyətli dəstək” missiyası çərçivəsində Əfqanıstanda hava hücumları həyata keçirən ABŞ-a aid pilotsuz uçan aparat Pərvan əyalətində qəzaya uğrayıb. Avtosfer.az salamnews-a istinadən xəbər verir ki, bu barədə məlumat missiyanın "Twitter" səhifəsində yer alıb. “ABŞ pilotsuz uçan qurğusu gecə saatlarında Bəqram aviabazası yaxınlığında yerə düşüb. Hərbçilər dronun əsas hissələrini bərpa ediblər. Ölən yoxdur”, - deyə məlumatda bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh