Bakıda "KAMAZ"ın rəsmi dillerlərinin illik konfransı keçirilib - FOTO

Avtobazar 4 Mart 2017 17:31 Oxunub 1580
Bakıda "KAMAZ"ın rəsmi dillerlərinin illik konfransı keçirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
KAMAZın baş direktoru şirkətin 2016-ci ildəki fəaliyyətinin yekunlarından danışıb

Bakıda “KAMAZ” ASC-nin rəsmi dillerlərinin XXI illik konfransı keçirilib. Avtosfer.az xəbər verir ki, bu barədə Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyindən “Report”a verilən xəbərə görə, konfransda çıxış edən “KAMAZ”ın baş direktoru Serqey Koqoqin rəhbərlik etdiyi şirkətin 2016-ci ildəki fəaliyyətinin yekunları barədə danışıb. Onun sözlərinə görə, ötən il müəssisə Rusiyanın avtomobil bazarında iştirak payını 51%-dən 56%-ə çatdırıb. Bundan başqa, tədbirdə “KAMAZ”ın top-menecerləri öz məruzələri ilə dilerlərin qarşısında çıxış ediblər, dəyirmi masalar çərçivəsində avtomobillərin satışı ilə bağlı maliyyə xidmətləri və s. məsələləri müzakirə edilib. Xatırladaq ki, 2015-ci il aprelin 14-də Tatarıstan prezidenti Rüstəm Minnixanovun Azərbaycana səfəri çərçivəsində “KAMAZ” avtomobillərinin “Gəncə avtomobil zavodun”da istehsal edilən yığma xəttinin açılış mərasimi olub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh