Dünyanın ən bahalı aviabileti satışa çıxarıldı

Maraqlı 4 Mart 2017 19:34 Oxunub 1862
Dünyanın ən bahalı aviabileti satışa çıxarıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daha əvvəl dünyada ən bahalı aviabilet 75,9 min dollar olub

Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Etihad Airways” aviaşirkəti dünyada ən bahalı təyyarə biletlərini satışa çıxarıb. Avtosfer.az a24.az-a istinadən xəbər verir ki, aviabiletin qiyməti 80,5 min dollardır. Bu biletlə “Etihad Airways”lə Londondan Melburna uçmaq mümkün olacaq. Bileti alan təyyarədə 3 otaqlı VİP nömrə ilə təciz olunacaq. Nömrə yataq, qonaq və hamam (vanna) otaqlarından ibarətdir. Yataq otağında iki nəfərlik çarpayı var və bu, hava nəqliyyatı uçuşlarında yenilik hesab edilir. Həmçinin otaqlarda 2 televizor, şəxsi qulluqçu və aşpaz var. Daha əvvəl dünyada ən bahalı aviabilet 75,9 min dollar olub. Bu biletlə Nyu-Yorkdan Mumbai şəhərinə uçmaq olar. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh