Piyadanı maşın vurub öldürdü – Ata deyir, mən vurmuşam, oğul deyir, mən

Avtoxəbər 5 Mart 2017 02:19 Oxunub 4481
Piyadanı maşın vurub öldürdü – Ata deyir, mən vurmuşam, oğul deyir, mən
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Göygöldə baş vermiş hadisəyə görə ata və oğul günahı öz üzərinə götürür

Göygöl rayonunda piyadanın ölümü ilə bağlı ata və oğul saxlanılıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, onların hər ikisi hadisəyə görə günahı öz üzərinə götürür. Axşam saatlarında rayonun Quşqara kəndində, 1970-ci il təvəllüdlü piyada Haqverdiyev Fərman Bəylər oğlu "Toyota Land Cruiser Prado" markalı avtomobil ilə vurulub. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılarkən yolda ölüb. Morqa yerləşdirilən mərhumun meyitinin ekspertiza aparılması üçün yarılmasına razı olmayan avtomobilin sürücüsü və sərnişini həkimlərlə mübahisə ediblər. Nəticədə onlar hadisə yerinə gələn Göygöl rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Göygöl rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə baş verən zaman sükan arxasında kimin olduğu hələ ki, məlum deyil. Bu, onların hər ikisinin günahı öz üzərinə götürməsi ilə əlaqədardır.

Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh