Azərbaycanda 14 maşın ucuz qiymətə satışa çıxarılır – “Nissan” 3 min manata

Avtobazar 13 Mart 2017 00:23 Oxunub 14391
Azərbaycanda 14 maşın ucuz qiymətə satışa çıxarılır – “Nissan” 3 min manata
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dövlət Komitəsi aprelin 4-də hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb

Əmlak Məsələləri Dövlət Komitəsi aprelin 4-də hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb. Avtosfer.az-ın məlumata görə, budəfəki hərracda 14 nəqliyyat vasitəsi hərraca çıxarılacaq. Hərracda satılan maşınlar Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinə və Daxili Işlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına məxsusdur.

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud, e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

(tel:566-07-44).

Hərraca çıxarılan avtomobillərin siyahısı ilə aşağıdakı fotoda tanış ola bilərsiniz.

undefined

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh