Müsadirə olunan avtomobillər satışa çıxarıldı - "BMW” 1600, “Opel” 1800 manat

Avtoxəbər 6 Mart 2017 00:07 Oxunub 31763
Müsadirə olunan avtomobillər satışa çıxarıldı - "BMW” 1600, “Opel” 1800 manat
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dövlət nəfinə müsadirə edilmiş əmlakların hərracı keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi martın 28-də, saat 15:00-da hərraca çıxarılacaq dövlət nəfinə müsadirə edilmiş əmlaklar haqqında məlumat yayıb. Avtosfer.az-a Komitədən verilən məlumatda əmlakların siyahısı yer alıb. Əmlakın yerləşdiyi ünvan Hərracların Təşkili üzrə Auksion Mərkəzinin anbarıdır.

Onların arasında yer alan avtonəqliyyat vasitələrinin siyahısını təqdim edirik:

 

Səbail rayonu

1 - "BMW-730" markalı, 10 DB 535 dövlət qeydiyyat nişanlı avtomobil. İlkin hərrac qiyməti 1600 manat, beh isə 160 manatdır.

2 - "QAZ 31105801"  markalı, 90 CU 407 dövlət qeydiyyat nişanlı avtomobil. İlkin hərrac qiyməti 5300 manat, beh isə 530 manatdır.

3 - "Mercedes Benz C-200" markalı avtomobil. İlkin hərrac qiyməti 6500 manat, beh isə 650 manatdır.

4 - "Toyota Camry" markalı avtomobil. İlkin hərrac qiyməti 9500 manat, beh isə 950 manatdır.

 

Xətai rayonu

1- "Peugeot 405 GLX" markalı avtomobil. İlkin hərrac qiyməti 1000 manat, beh isə 100 manatdır.

2 - "Opel Vectra" markalı CTC-144 dövlət qeydiyyat nişanlı avtomobil. İlkin hərrac qiyməti 1800 manat, beh isə 180 manatdır.

 

Nərimanov rayonu

1 - "Opel Vectra" markalı avtomobil. İlkin hərrac qiyməti 1100 manat, beh isə 110 manatdır. 

 

Sumqayıt şəhəri

1 - "Qazel" markalı avtomobil. İlkin hərrac qiyməti 3500 manat, beh isə 350 manatdır.

 

Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlakla tanış olmaq və sifariş vermək üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzinə müraciət edə bilərlər. Hərraclarda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10 faiz həcmində beh ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır. Sifarişlər və aşağıdakı sənədlər (elektron xidmət vasitəsilə verilən sifariş istisna olmaqla) Hərracların Təşkili üzrə Auksion Mərkəzində hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək qəbul olunacaq:

- hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;

- fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;

- aşağıdakı hesaba 10% behin köçürülməsini təsdiq edən sənədin surəti;

Hesab nömrəsi:

Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN 1401555071, 

Müxbir hesab AZ85NABZ01360100000003003944, SWİFT BİK CTREAZ22.

Vəsaiti alan: Əmlak Məsələləri Dövlət Komitəsinin  yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi,                                                    

Hesab № AZ77CTRE00000000000002647902  VÖEN 2000325371. 

Büdcə təsnifatının kodu: 142191

Büdcə səviyyəsinin kodu: 7

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil, 11.

Tel: 012-566-06-39

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Qəsəm 18 Yanvar 2020 23:50
Salam mene komeyilik gosderseniz sevinərdim haragelceymi bilmirem
Xeyal 6 Mart 2017 02:19
Opel vectra ilkin heracı 1100 olan avtomabil