Azərbaycan Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edəcək

Yeniliklər 5 Mart 2017 18:30 Oxunub 1151
Azərbaycan Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İran Azərbaycanın neft və neft məhsullarının cənub sularına çatdırılmasında maraqlıdır

"Azərbaycan Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edəcək və iki ölkənin səyi ilə Rəşt-Astara dəmir yolunun inşası başlanacaq". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani azərbaycanlı həmkarı İlham Əliyevlə keçiridiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, hər iki ölkə enerji sahəsində əməkdaşlığa hazır olduğunu bəyan edir: "İran Azərbaycanın neft və neft məhsullarının cənub sularına çatdırılmasında maraqlıdır və ümidvarıq ki, bu sahədə əməkdaşlığımız genişlənəcək. Ölkələrimiz müştərək sərmayə qoyuluşu, eləcə də Azərbaycanda avtomobil zavodunun və dərman preparatları istehsal edən müəssisənin inşası üçün önəmli addımlar atıblar və bu məsələdə zəruri razılaşmalar əldə edilib. Ümidvarıq ki, yaxın gələcəkdə bu layihələr həyata keçiriləcək". 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh