Dayanma-durma qaydalarının tapdalandığı küçə - VİDEO

Yazarlar 6 Mart 2017 01:21 Oxunub 2779
Dayanma-durma qaydalarının tapdalandığı küçə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Düz xətlə avtomobillər arasında məsafəni gözləmək lazımdır

Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində sürücülər dayanma-durma qaydasını kütləvi şəkildə pozur. Avtosfer.az xəbər verir ki, həmin küçədə hər istiqamətə bir zolaq var və yerə 1.1 xətti (düz xətt) çəkilib. «Yol hərəkəti haqqında» Qanunun 52-ci maddəsində qeyd olunub ki, 1.1 xətti ilə dayanmış nəqliyyat vasitəsi arasında minimum 3 metr məsafə olmalıdır. Həmin küçədə düz xətlə avtomobillər arasında məsafə çox azdır. Və bu da digər sürücülərin hərəkətinə maneə yaradır.

Həmin küçədə qayda pozan sürücüləri məsuliyyətə cəlb etmək üçün hər gün bir DYP inspektoru ayrılsa, onda qayda pozanların sayı kəskin şəkildə azalacaq.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh