Bakıda xanım QHT rəhbərinin avtomobili belə yandı – VİDEO - FOTO

Xəbərlər 21 Oktyabr 2014 12:34 Oxunub 1973
Bakıda xanım QHT rəhbərinin avtomobili belə yandı – VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanğına maşının mühərrik hissəsində baş verən qısaqapanma səbəb olub

Bakının Səbail rayonunda avtomobil yanıb. APA-nın məlumatına görə,  hadisə İstiqlaliyyət küçəsində qeydə alınıb. "Lexus" markalı  10- UA-350  dövlət nömrə nişanlı maşın qəfildən alovlanıb. Xoşbəxtlikdən maşında olan  2 nəfər xəsarət almayıb. Maşının sürücüsü Mahirə Əmirhüseynovanın sözlərinə görə, avtomobildə nasazlıq hiss edən kimi ətrafdakıların təkidindən sonra avtomobili tərk edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail rayon hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın tez bir zamanda söndürülüb.

İlkin ehtimala görə, yanğına maşının mühərrik hissəsində baş verən qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, zərərçəkən Mahirə Əmirhüseynova “XXI Əsrin Qadınları” İctimai Birliyin rəhbəridir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh