Lənkəran-Lerik yolunda sürüşmə aktivləşib

Avtoxəbər 6 Mart 2017 18:44 Oxunub 1150
Lənkəran-Lerik yolunda sürüşmə aktivləşib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolda nəqliyyatın hərəkətini təmin etmək məqsədilə gün boyu ərazidə ağır texnikalar və işçi qüvvəsi çalışır

Lənkəran-Lerik yolunda sürüşmənin aktivləşməsi nəticəsində gediş-gəliş çətinləşib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, qarın sürətlə əriməsi sürüşməyə meylli olan ərazilərdə hərəkətin çətinləşməsinə səbəb olub. Sözügedən yolun 17-19, 23, 29-30, 34, 40-52-ci  kilometrliyindəki köhnə sürüşmə sahələri yenidən aktivləşib. Lerik 52 saylı Yol istismar idarəsinin rəisi Elxan Əliyevin verdiyi məlumata görə, sürüşmə səbəbindən yola torpaq kütləsi, qaya və dağ parçaları tökülür. Bu səbəbdən qurum gücləndirilmiş iş rejimində çalışır. Yolda nəqliyyatın hərəkətini təmin etmək məqsədilə gün boyu ərazidə ağır texnikalar və işçi qüvvəsi çalışır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh