Yol kənarındakı reklam lövhədə porno video göstərdilər

Maraqlı 6 Mart 2017 18:54 Oxunub 9291
Yol kənarındakı reklam lövhədə porno video göstərdilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekrandakı erotik görüntülərin mobil telefonla qeydə alındığı bildirilir

Yol kənarında yerləşdirilən reklam lövhəsində pornoqrafik video yayımlanıb. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, Meksikanın paytaxtı Meksika şəhərində Periferico Sur küçəsindən keçən sürücülər yol kənarındakı elektron reklam lövhəsində gördüklərinin qarşısında şok olub. Lövhədə yayımlanan porno videonu izləmək üçün sürəti aşağı salan sürücülərin ucbatından yolda uzun tıxac yaşanıb. Ekrandakı erotik görüntülərin mobil telefonla qeydə alındığı və sosial şəbəkələrdə paylaşıldığı bildirilib. Reklam lövhəsinin sahibi Grupo Carteleras şirkəti sistemlərinin haker hücumuna məruz qaldığını bildirərək yaşanan xoşagəlməz hal üçün üzr istəyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh