"Opel" şirkəti satıldı

Avtoxəbər 7 Mart 2017 12:09 Oxunub 1523
"Opel" şirkəti satıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fransanın "PSA Group" şirkəti "Opel"i "General Motors"dan 2.2 milyard avroya satın aldı

Avtomobil nəhəngi sayılan "Opel" şirkətinin satışları başa çatdı. Avtosfer.az "ölkə.az"a istinadən xəbər verir ki, Fransanın "PSA Group" şirkəti "Opel"i "General Motors"dan 2.2 milyard avroya satın aldı. "Peugeot" və "Citroen" avtomobillərini istehsal edən "PSA Group" "General Motors" şirkəti ilə "Opel"in satışı məsələsində razılığa gəlib. Mart ayının 3-ü alqı-satqı prosesi başa çatmışdı. "PSA" bu gün açıqlama verərək müqavilənin dəyərinin 2.2 milyard avro olduğunu bildirib. "Opel"i də tərkibinə qatan "PSA Group" bazarda rəqibi "Renault" şirkətini üstələyib və " Volkswagen"dən sonra Avropanın ikinci böyük maşın istehsalçısına çevrilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh