Marsda suyun olduğuna dair yeni faktlar - Alimlərdən şok iddia

Maraqlı 8 Mart 2017 20:00 Oxunub 1249
Marsda suyun olduğuna dair yeni faktlar - Alimlərdən şok iddia
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Meteoritlərin tərkibindəki merrillitin Marsdakı vitlokitin deqridatasiyası nəticəsində yarandığını sübut etməliyik"

Alimlər Mars planetində suyun olduğuna dair yeni sübutlar tapıblar. Avtosfer.az xəbər verir ki, alimlər son bir neçə əsr ərzində Yer kürəsinə düşən Mars meteoritlərini tədqiq ediblər. Nevada universitetinin alimi Oliver Çanuer deyib: "Meteoritlərin tərkibindəki merrillitin Marsdakı vitlokitin deqridatasiyası nəticəsində yarandığını sübut etməliyik. Biz Qırmızı planetin meteoritlərini incələyib orada suyun izlərinin olub-olmadığını öyrənməliyik. Əgər merrillitin hətta kiçik bir hissəsi də bu proses nəticəsində yaranıbsa, bizim Marsdakı su ehtiyatı barədə düşüncələrimiz köklü surətdə dəyişəcək".

Astronomun sözlərinə əsasən, tədqiq edilən bütün meteoritlərin tərkibində merrillit mineralı var. Bu mineral fosfor, oksigen, maqnium, natrium, kalsiumun birləşməsidir. Bu birləşimdə prinsip olaraq su molekulları və hidrogen atomu yoxdur. Merrillitə Yer planetində rast gəlinmir. Amma Ay, Mars və asteroid mənşəli olduğu bilinir.

Bir çox geoloqların fikrinə görə, Marsda da Ay və asteroiddə olduğu kimi maye su olmayıb. Çünki əks halda asteroidlərdə digər mineral, yəni tərkibində su olan vitlokit ola bilərdi.

Alimlərin ehtimalına əsasən, Mars meteoritlərindən vitlokit ehtiyatı bir səbəbdən yoxa çıxa bilərdi. Asteroidin Marsla toqquşması nəticəsində bu maddələr orbitə buraxılıb və Yerə doğru istiqamət götürüb. Vitoklitin bütün su ehtiyatı buxarlanaraq onu merrillitə çevirib.

 

Alimlər eyni prosesi laboratoriya şəraitində təkrar ediblər və dəqiqliyini yoxlayıblar. Məlum olub ki, asteroidlə Marsın toqquşması həqiqətən də vitlokitin üçdə birinin merrillitə çevrilməsi ilə nəticələnib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh