Yol polisindən yolda ölən sürücü haqda - Açıqlama

Yol polisi 7 Mart 2017 17:33 Oxunub 2263
Yol polisindən yolda ölən sürücü haqda - Açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əsgər Muradovun qəfil ölümü ilə bağlı ekspertizalar təyin edilib

Martın 4-ü saat 12 radələrində Bakıda yol polisi ilə mübahisə edən sürücünün ölümü hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir. Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov lent.az-a açıqlamasında bildirib ki, Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən yol polisi tərəfindən saxlanılan “Nissan”ın sürücüsü 1961-ci il təvəllüdlü Əsgər Muradovun qəfil ölümü ilə bağlı müvafiq ekspertizalar təyin edilib: “Hadisə baş verən gün əraziyə ekspertlər gəlib. Müvafiq ekspertizalar təyin edilib. Həmçinin avtomobilin hansı istiqamətdən gəlib hara getməsi müəyyənləşdirilir. Ərazidəki müşahidə və təhlükəsizlik kameralarının qeydə aldığı görüntülər də araşdırılır. İlk gündən bu məsələ diqqətdədir və araşdırmaların nəticəsi barədə vəfat edən şəxsin yaxınları, eləcə də ictimaiyyət məlumatlandırılacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh