"Rəvan Sığorta"nın yalanları üzə çıxdı - RƏSMİ

Avtoreyd 7 Mart 2017 18:10 Oxunub 1970
"Rəvan Sığorta"nın yalanları üzə çıxdı - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkətin sədri, baş mühasibi və məsul aktuarisi müvəqqəti olaraq vəzifədən kənarlaşdırılıb

“Rəvan Sığorta” ASC tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) təhrif edilmiş hesabatların təqdim edilməsi faktı müəyyən olunub. "Report"un sığorta dairələrindən aldığı məlumata görə, qeyd edilən nöqsanı və şirkətin mövcud maliyyə vəsaitlərini nəzərə alaraq, “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinə əsasən, MBNP tərəfindən ASC-nin İdarə Heyətinin sədri, baş mühasibi və məsul aktuarisinin tutduğu vəzifədən kənarlaşdırılması, sığorta ehtiyatlarını təmin edən vəsaitlərin çatışmayan hissəsinin bərpa edilməsi və məcmu kapitalının artırılması barədə “Rəvan Sığorta”ya icrası məcburi olan yazılı göstəriş - təqdimat verilib. Şirkət tərəfindən nöqsanlar aradan qaldırılanadək qeyd olunan şəxslərin vəzifədən kənarlaşdırılması təmin edilib. Hazırda “Rəvan Sığorta” mövcud qanunvericiliklə müəyyən edilmiş prudensial tələblərin yerinə yetirilməsi və məcmu kapitalının artırılması istiqamətində işlər aparır.

Sığorta dairələrindən həmçinin bildirilib ki, MBNP sektorda şəffaflığı təmin etmək, maliyyə dayanıqlığını gücləndirmək və istehlakçıların hüquqlarını qorumaq üçün nəzarət tədbirlərini gücləndirib və şirkətlər tərəfindən qanunvericiliyin tələblərini pozanlar ciddi cəzalandırılacaq.

MBNP-nin Direktorlar Şurasısədrinin müşaviri Rüfət Abbasov faktı "Report"a təsdiqləsə də, məsələ ilə bağlı əlavə şərh verməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh