Bakıda “26 Bakı komissarı” küçəsi varmış - VİDEO

Xəbərlər 8 Mart 2017 00:31 Oxunub 2138
Bakıda “26 Bakı komissarı” küçəsi varmış - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Küçənin sakinləri həmin adın keçmiş sovet vaxtından qaldığını deyirlər

Paytaxt küçələrindən biri vaxtilə Azərbaycan xalqının başına olmazın müsibətlər gətirən və əksəriyyəti ermənilərdən ibarət olan şəxslərin adını daşıyır. Avtosfer.az xəbər verir ki, söhbət Sabunçu rayonunda olan 26 Bakı komissarı küçəsindən gedir. Baxmayaraq ki, şəhərdə Bakı komissarlarına aid bütün abidələr və adlar götürülüb. Küçənin sakinləri həmin adın keçmiş sovet vaxtından qaldığını deyirlər. Onlar küçənin 26 Bakı komissarının adını daşımasından narazıdırlar. Sakinlərin sözlərinə görə, küçəyə şəhid adı verilsə, onlar üçün qürur və şərəf olar.

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətindən bildirdilər ki, sözügedən küçə və bir neçə digərlərinin adlarının dəyişdiriliməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib. Həmin küçənin də adı dəyişdiriləsi adlar siyahısındadır. Nazirlət Kabinetinin müvafiq qərarından sonra küçənin adı dəyişdiriləcək

ŞƏRH YAZ
Ad

E-mail

Şərh