Çin Aya astronavt göndərmək üçün gəmi yaradır

Texnologiya 8 Mart 2017 09:47 Oxunub 1423
Çin Aya astronavt göndərmək üçün gəmi yaradır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırlanacaq gəmidən bir neçə dəfə istifadə etmək mümkün olacaq

Çin mühəndisləri 4 astronavtın Aya göndərilməsi üçün idarə oluna bilən gəminin yaradılması üzərində işləyirlər. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Çinin idarə oluna bilən kosmik gəmilər proqramının baş konstruktoru Çjan Baynan məlumat verib. Çinlilərin fikrincə, hazırlanan nəqliyyat vasitəsini bir neçə dəfə istifadə etmək mümkün olacaq. Çjan Baynan bildirib ki, hazırda idarə oluna bilən xarici gəmilər beynəlxalq kosmik stansiyaya 6-ya qədər astronavt göndərə bilirlər. Aya eniş üçün bu rəqəm 3-4 nəfərə qədər azalır. Gəmi yaradıcılarının planı beynəlxalq kosmik stansiyaya astronavt göndərmək üçün istifadə olunan qabaqcıl gəmilərdən geri qalmayan kosmik aparat ərsəyə gətirməkdir. Bundan əvvəl Pekinin 2036-cı ilədək Aya astronavt göndərmək niyyətində olduğu bildirilirdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh