Dünyanın ən təhlükəli yolları - FOTO
Bu gün dünyanın istənilən nöqtəsinə avtomobil ilə səyahət etmək mümkündür. Bu səyahət üçün lazım olan yol və şosselər kifayət qədərdir. Amma yollar arasında çox təhlükəli olanları da var. Avtosfer.az xəbər verir ki, "ölkə.az" bu gün dünyanın ən təhlükəli yollarının siyahısını təqdim edir.
İnuvik-Tuktoyak şossesi
Kanadada yerləşir. Makkenzi çayı üzərindən keçir. Çox təhlükəli ərazi sayılır. Buz qatı, qar İnuvik-Tuktoyak şossesinin təhlükəli olduğunu bir daha üzə çıxarır.
Kabul-Cəlilabad şossesi
Dağlardan keçir. Əfqanıstanda yerləşir. Kifayət qədər tıxaclı yoldur.
Stelvio
.
İtaliyanın dağlıq ərazisində dolanbac yoldur. 200 il əvvəl yaşayan italyan rəssam Stelvionun şərəfinə adlandırılıb.
Delton şossesi
Alyaskada yerləşir. 666 km-lik məsafədə ins-cins yoxdur. Sadəcə yolüstü çox kiçik qəsəbələr var. Əsas hissəsi çınqıllı yoldur. Daha çox yük maşınları istifadə edir. Gün ərzində bu yoldan cəmi 150-200 maşın keçir. Yol sərt döngə və eniş-yoxuşlarla doludur.
Karaqum şossesi
Pakistanın İslamabad şəhərini Çinin Kaşqar şəhəri ilə birləşdirir. Böyük İpək yolunun bir hissəsidir. 1300 km-lik hissəsi Pakistandan keçir. Asvalt örtüyü çox azdır. 1966-1986-cı illər ərzində yolun tikintisi zamanı 1000 nəfər işçi həlak olub.
Yunqas yolu
Boliviyada yerləşir. Bu təhlükəli yolu yerli əhali ölüm yolu adlandırır. Amma hər gün istifadə edilir. Hər il onlarla maşın uçuruma yuvarlanır və yüzlərlə insan həlak olur.
Krasnopolyana şossesi
Soçidə yerləşir. Adler və Krasnaya Polyana qəsəbəsini birləşdirir. Hazırda alternativ yol çəkilsə də, dövrünün təhlükəli yolu sayılırdı. İstənilən anda dağdan qopan iri qaya parçası və ya daş böyük faciəyə səbəb ola bilərdi.
Xurqada-Luksor yolu
Misirdə yerləşir. 300 km uzunluğu var. Yolboyu misirli avaralar, quldurlar sizə hücum edə bilər. Bu səbəbdən təhlükəli yol sayılır. 1997-ci ildə 62 nəfərlik alman turist qrupu bu yolda qətlə yetirilib.
Canning Stock Route
Yolun adı da qəribədir. Texniki cəhətdən turistlər üçün, amma ən cəsur səyyahlar üçün nəzərdə tutulub. 1850 km-lik yolun üzərində heç bir infrastruktur yoxdur.
Qolian yolu
Çində yerləşir. 1977-ci ildə açılıb və Çinin Qolian kəndindən çəkilib. 1200 metrlik tuneldə iki avtomobil yan-yana gedə bilməz.
A360 "Lena" federal avtomobil yolu
Rusiya ərazisində yerləşir. Never və Yakutsk arasındadır. Ancaq yaz aylarında, qar əriyəndə bu yoldan istifadə etmək olar. Həm də bu yolda ancaq və ancaq iritutumlu yük maşınları, məsələn "Ural"lar hərəkət edir. İlin digər vaxtları sürüşmək üçün əla yerdir.