"Ferrari" yeni "812 Superfast" modelini təqdim etdi - FOTO

Avtoxəbər 8 Mart 2017 21:30 Oxunub 2311
"Ferrari" yeni "812 Superfast" modelini təqdim etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni model V12 obrazlı, 6.5 litr həcmli atmosfer mühərriki ilə təchiz edilib

İtaliyanın məşhur avtomobil şirkəti Cenevrə avtomobil sərgisində yeni brendini təqdim edib. Avtosfer.az "ölkə.az"a istinadən xəbər verir ki, "Ferrari 812 Superfast" modeli şirkətin 70 illik yubileyi şərəfinə istehsal edilib. Əgər məhdud sayda istehsal edilən "LaFerrari" modelini nəzərə almasaq, "Ferrari 812 Superfast" şirkətin istehsal etdiyi ən güclü seriya istehsalıdır. Yeni model V12 obrazlı, 6.5 litr həcmli atmosfer mühərriki ilə təchiz edilib. Aqreqat 800 at gücü hasil edir. Arxa ötürücülü "Ferrari 812 Superfast" modeli 7 pilləli avtomatik sürətlər qutusu ilə də təchiz edilib. "Ferrari 812 Superfast" modeli ilk dəfə olaraq elektrik gücləndiricili  sükan idarəetmə sistemi (EPS) ilə təchiz edilib. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh