"Qadın" işıqforlar peyda olub

Maraqlı 8 Mart 2017 11:41 Oxunub 2068
"Qadın" işıqforlar peyda olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lakin bu yenilik qadınlar tərəfindən birmənalı qarşılanmayıb

Avstraliyada "qadın" işıqforlar quraşdırılıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, işıqforlardakı kişi siluetlərinə ətək əlavə edildikdən sonra onlar qadınabənzər şəkil alıblar. Bu kampaniya "Gələcəyin fokus qrupu" adlı ictimai təşkilatın təklifi ilə Viktoriya ştatında gender bərabərliyinin təmin edilməsi məqsədilə keçirilib. Eksperiment bir il davam edəcək, aksiya Melburnda baş tutub. Şəhərdə ümumilikdə 10 belə işıqfor quraşdırılıb.

https://report.az/storage/news/b076865e2898cb65c9a6eb1874caf984/2bf298fa-8ad8-4af0-ba0d-acc0683308e5.jpg

 

Qeyd edək ki, bu yenilik qızğın müzakirələrə səbəb olub. Nəşrin keçirdiyi ekspress-sorğu əsasında iştirakçıların 94%-i ətəkli firuqların onlarda müsbət emosiyalar yaratmadığını deyib. Həmçinin bildiriblər ki, işıqforların montajı üçün çəkilən xərclər daha səmərəli xərclənə bilərdi. Sorğuda iştirak edən qadınların əksəriyyətinin fikrincə, cinslərin bərabərlik ideyasının dərk edilməsi üçün daha ciddi təşəbbüslər reallaşdırmaq lazımdır. "Qadın" işıqforlar Avstraliyadan başqa, Almaniyada da tətbiq edilib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh