Kişinin arvadına 8 mart hədiyyəsi hamını şoka saldı

Maraqlı 8 Mart 2017 11:52 Oxunub 3934
Kişinin arvadına 8 mart hədiyyəsi hamını şoka saldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kişi 4 uşağının anasını xilas etdi

Bu gün bütün dünyada 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunur. Avtosfer.az xəbər verir ki, kişilər xanımlarına qeyri-adi 8 mart hədiyyəsi etmək üçün sözün əsl mənasında yarışa başlayıblar. Azərbaycanda və İtaliyada kişilərin xanımlarına hədiyyəsi isə hər kəsi şoka salıb. Onlar böyrəklərini həyat yoldaşlarına hədiyyə ediblər. Azərbaycanlı kişi 21 illik xanımına bayram hədiyyəsi kimi öz böyrəyini bağışlayıb. Uzun müddətdir həyat yoldaşının böyrək çatışmazlığından əziyyət çəkdiyini görən Amin Quliyev onun dərdinə dərman olmaq qərarına gəlib. Amin Quliyev eşitdiyi bir xəbərdən sonra qərarını daha da qətiləşdirib. O, Səhiyyə Nazirliyinə müraciət edərək böyrək köçürülməsi ilə bağlı dövlət proqramından istifadə edib. Həyat yoldaşından belə bir hədiyyə Arzu Quliyeva üçün gözlənilməz olub. Hətta eşidəndə çaş-baş qalıb. Uğurlu əməliyyat 8 Mart qadınlar günü ərəfəsində gerçəkləşib və cütlüyün vəziyyəti normaldır. Fədakarlıq nümunəsinə imza atan ailə Siyəzəndə yaşayır və onların 4 övladı var. Həyat yoldaşının böyrəyi ilə sanki yenidən dünyaya gələn Arzu Quliyeva belə hədiyyəni heç vaxt unuda bilməyəcəyini deyir. İtaliyanın Turin şəhərində isə 55 yaşlı kişi 44 yaşlı sevgilisinə böyrəyini hədiyyə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh