Yol polisi Bakıda qadın sürücülərə 8 hədiyyə verdi - FOTOLAR

Yol polisi 8 Mart 2017 14:47 Oxunub 4879
Yol polisi Bakıda qadın sürücülərə 8 hədiyyə verdi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi tərəfindən saxlanılan qadın sürücülər arasında müğənni Elza Seyidcahan da olub

Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə reyd keçirib. Avtosfer.az xəbər verir ki, reyddə yol polisi əməkdaşları yol hərəkəti qaydalarını pozan, sənədlərində problem olan, avtomobili çirkli halda idarə edən qadın sürücülərə cərimə əvəzinə gül dəstəsi və hədiyyələr veriblər. Aksiya şəhərin mərkəzi küçə və prospektlərində həyata keçirilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov jurnalistlərə bildirib ki, yol polisi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə gün ərzində Bakıda “Nümunəvi qadın sürücü” devizi altında keçirilən ənənəvi aksiya çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmayan xanım sürücülərə müxtəlif hədiyyələr təqdim edir: “Hər bir nümunəvi xanm sürücüyə tərəfimizdən 8 hədiyyə təqdim olunur. Onlar avtomobili pusluz yumaq, restoranda 2 nəfərlik pulsuz şam etmək, pulsuz yanacaq doldurmaq üçün kuponlar, pulsuz sığorta, telefon danışığı kartları, qida və kosmetika məhsulları, qablar və güllərlə mükafatlandırılırlar”.

DYP polkovniki bildirib ki, xanım sürücülər arasında təhlükəsizlik kəmərindən istifadə edənlər çoxdur, lakin onlar avtomobilin yan və salondakı güzgülərindən bəzən yalnız özlərinə baxmaq üçün istifadə edirlər: "Bundan əlavə, kişi sürücülərə nisbətən xanım sürücülər sükan arxasında mobil telefondan daha çox istifadə edirlər. Dövlət Yol Polisi olaraq xanımları təbrik edirik. Qızlarımıza gəlin, gəlinlərimizə ana, analarımıza nənə, nənələrimizə isə uzun ömürlü olmağı arzu edirik. Xanım sürücülərə təhlükəsiz yol arzulayaraq qaydalara əməl etməyi tövsiyə edirik".

Aksiya çərçivəsində 200-a qədər xanım sürücü yol tərəfindən hədiyyələrlə mükafatlandırılıb. Onlar DYP əməkdaşlarının bu nəcib davranışını yüksək qiymətləndirərək qayda pozmayacaqlarına söz veriblər.

Qeyd edək ki, yol polisi tərəfindən saxlanılan qadın sürücülər arasında müğənni Elza Seyidcahan da olub.

 

Elmin

http://www.qafqazinfo.az/newsphotosession/2017/03/08/dsc0012-459.jpg

http://www.qafqazinfo.az/newsphotosession/2017/03/08/dsc0058-21.jpg

 

 

http://www.qafqazinfo.az/newsphotosession/2017/03/08/dsc0026-587.jpg

http://www.qafqazinfo.az/newsphotosession/2017/03/08/aziz1694-838.jpg

http://www.qafqazinfo.az/newsphotosession/2017/03/08/aziz1723-421.jpg

 

http://www.qafqazinfo.az/newsphotosession/2017/03/08/dsc0032-140.jpg

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh