Sumqayıtda yol polisi qadın sürücüləri belə təbrik etdi – VİDEO-FOTO

Yol polisi 8 Mart 2017 14:56 Oxunub 7299
Sumqayıtda yol polisi qadın sürücüləri belə təbrik etdi – VİDEO-FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisləri qadın sürücülərə qarşı reyd keçiriblər, amma cəriməsiz

Sumqayıt şəhərində sükan arxasında əyləşən xanımlar yol polisi tərəfəndən saxlanılıb. Onlar qayda pozduqları üçün saxlanılsalar da, yol polisi əməkdaşları xanım sürücülərə cərimə protokolu əvəzinə gül veriblər. Avtosfer.az xəbər verir ki, səhər saatlarından başlayaraq Sumqayıtın müxtəlif küçə və prospektlərində reydlər təşkil olunub. Reyd zamanı 10-dan artıq qadın sürcü müxtəlif qayda pozuntularına görə saxlanılıb. Lakin həmin qadın sürücülərə inzibati protokol tərtib olunmayıb. Əksinə, yol polisləri tərəfindən saxlanılan qadın sürücülərə müxtəlif hədiyyələr təqdim olunub. 

Sumqayıt şəhər DYPŞ-nin baş inspektoru Səbuhi Əmiraslanov bildirib ki, hər il olduğu kimi, bu il də Sumqayıtda xanım sürücülərlə bağlı belə bir tədbir keçirilib: “Qayda pozan qadın sürücülər tərəfimizdən saxlanıldı, onlara qayda pozuntularını izah etdik, lakin cərimə yazmadıq və kiçik hədiyyələrlə təbrik etdik. Xanımlara tövsiyyəmiz odur ki, nəqliyyat vasitəsini idarə edərkən diqqətli olsunlar, qayda pozmasınlar və hadisələrə səbəb olmasınlar”.

Qeyd edək ki, reyd zamanı saxlanılan qadın sürücülər ötmə-manevr qaydalarını və yol nişanının tələbini pozanlar, eləcə də, sükan arxasında mobil telefondan istifadə edənlər olub.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh