"Mercedes Maybach"dan yarım milyon dollarlıq super avtomobil - FOTO

Avtobazar 8 Mart 2017 23:54 Oxunub 3926
"Mercedes Maybach"dan yarım milyon dollarlıq super avtomobil - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rahat gedə bilməsi üçün yerdən təxminən 1 metr hündürlüyə malikdir

Mercedes Benz yeni Maybach SUV-si ilə lüks keçilməz ərazi avtomobillərinin məşhurluğundan istifadə etməyi hədəfləyir.  "Marja" Bloomberg-ə istinadən xəbər verir ki, Cenevrə Avtomobil Sərgisində nümayiş etdirilən Mercedes-Maybach G-Class 650 modeli təxminən 500 min dollarlıq qiyməti ilə dünyanın ən bahalı SUV idman avtomobili olacaq. Daimler AG-nin ən üst sinif markası olan Maybach, bu cür ən yüksək seqmentdəki modellərə tələbin canlanması ilə yenidən "dirilib". SUV, V12 mühərrikə və idman avtomobili stilinə malik olacaq. Ön sıra üstüörtülü, arxa sırada isə parçadan yığılan "roof" olacaq. Maybach G650-nin digər xüsusiyyətləri arasında, sərnişinləri sürücüdən ayıran elektrikli şüşə bir bölmə, nizamlanan ayaqlıq və konsolun ortasında portativ masalar var. Avtomobil, səhra kimi ərazilərdə rahat gedə bilməsi üçün yerdən təxminən 1 metr hündürlüyə malikdir. Sözügedən model sentyabr ayında sonra bazarda olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh